Gürcüstanda daha 4 278 nəfərdə COVID-19 aşkarlanıb, 63 nəfər ölüb
Gürcüstanda son sutka ərzində koronavirusa 4 278 yeni yoluxma faktı qeydə alınıb, 4 154 nəfər müalicə olunaraq sağalıb, 63 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 804 571 nəfərdə aşkarlanıb. Onların 741 470-i sağalıb, 11 352-si isə dünyasını dəyişib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

