Gürcüstanda daha 662 nəfər koronavirusa yoluxub – 34 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 662 nəfərdə koronavirus aşkarlanıb, 34 pasiyent vəfat edib.
Minval.info-nun məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 595 926-ya, ölənlərin ümumi sayı isə 8 575-ə yüksəlib.
Son 24 saat ərzində 3 534, ümumilikdə isə 563 530 nəfər müalicə olunaraq sağalıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

