Gürcüstanda koronavirusa yoluxanların sayı 399-a çatdı
Gürcüstanda koronavirusa beş yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 399-a çatıb. Onların 93-ü sağalıb, 4-ü isə ölüb.
Karantində 4 782, stasionar nəzarətdə isə 503 nəfər saxlanılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

