Gürcüstanda koronavirusa yoluxanların sayı 610-a çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 6 nəfər artaraq 610-a çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların 269-u sağalıb, 9-u isə dünyasını dəyişib.
Hazırda ölkə üzrə karantində 4 919, stasionar nəzarətdə isə 497 nəfər saxlanılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

