Gürcüstanda şaxtada qəza: Ölənlər var
Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli adına şaxtada baş verən qəza nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Minval.info xəbər verir ki, bununla bağlı Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Gürcüstan DİN-in mətbuat xidməti 4 nəfərin ölümü ilə bağlı informasiyanı təsdiqləyib.
“Hadisə yerində xilasetmə işlər davam etdirilir. Qəzanın baş vermə səbəbi məlum deyil”, – telekanalın məlumatında deyilir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

