Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun barəsində olan cinayət işi Nəsimi rayon məhkəməsində icraata verilib.
Minval.info-nun məlumatına görə, cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edəcək. Məhkəmə prosesinin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.
M.Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə ittiham edilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

