Həftə sonları avtobusla yanaşı metro da işləməyəcək
Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.
“Minval.info” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.
Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada – səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:
“Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


