Hələ də inandığımız batil inanclar
Kimisi göz dəyməsin deyə taxtaya vurur, kimis də pilləkənin altından keçmir. Günümüzdə hələ də inanılan batil inanclar var.
Minval.info bu batil inanclardan bəzilərini sizə təqdim edir.
“Gedənin arxasınca niyə su tökürük?”
Böyüklərimiz səyahətə çıxan şəxsin arxasınca bir qabaq su tökər. Gedən şəxsin arxasınca su tökmək əslində Şamanizimdən gələn bir türk adətidir. Bu adət adətən uzun müddətli, qəm gətirən ayrılıqlardan əvvəl həyata keçirilir. “Su kimi get, su kimi gəl” sözü də bu adətin meydana çıxardığı bir ifadədir. Sözügedən adət şəxsin su kimi rahatlıqla gedib, geriyə qayıtması arzusundandan meydana gəlib.
“Yeni övlad dünyaya gətirən ananın başına niyə qırmızı lent bağlayırlar”
Lap qədim zamanlarda yeni övlad dünyaya gətirmiş qadınların xəstələnməsini pis ruhlarla əlaqələndirirmişlər. Anadolu və digər yaxın ərazilərdə Albasdı, Albız və Alqarız adlı pis ruhların yeni övlad sahibi olmuş anaya və övladına xətər yetirməyə çalışıldığına inanırmışlar. Pis ruhların da qırmızı rəngdən qoxmaları ilə bağlı bir inanc da mövcuddur. Bu səbəbdən həmin anaların başına qırmızı lent bağlanması onları pis ruhdan qorumaq istəyndən meydana gəlib.
“Asqıranlara niyə çox yaşa deyirik?”
Asqırarkən təqribən saatda 140 kilometr sürətlə çölə hava üfləyirik. Qəlbimizə gedən oksigen və enerji kəsilir. Asqırdığımız anda bütün iç orqanlarımız bir saniyəliyinə də olsa, fəaliyyətini dayandırır. Asqıranlara “çox yaşa”, “sağlam ol” demək adəti isə italiyanlardan gəlib. İtaliyada Papa vəba xəstəliyinin yayıldığı günlərdə “çox yaşa” deməyi adət halına gətirmişdi. Beləcə vücud funksiyaları 1 saniyəliyinə durmuş şəxsə uzun yaşamasını arzulamaq adət halına gəldi. Asqıran şəxslər adətən “sən də gör” deyərək qarşı tərəfin də uzun yaşamasını arzulayır.
“Qara pişiklər niyə uğursuz hesab olunur?”
Üç min il əvvəl misirlilər pişiyi müqəddəs heyvan hesab edirdilər. Lakin avropalılar arasında xüsusiylədə qara pişiklərin uğursuz olması ilə bağlı fikirlər gəzirdi. Pişiklər özəlliklə tüklərinin forması səbəbiylə bədənimizdə yığılan elektriki atmağa köməklik edir. Xüsusiylə qara pişiklər enerji yığıcısı olaraq da bilinir. Orta Çağ Avropasında həmin illərdə falçılar qara pişiklərin bu gücündən lazım bildiklərə qarşı istifadə etməyə başlamışdılar. Yəni pis niyyətli falçılar qara pişiklərin enerjisindən öz iyrənc əməlləri üçün istifadə edirdilər. Kilsə də insanlar arasında gəzən bu söz-söhbəti təsdiqlədikdən sonra xalq arasınqa qara pişiklər uğursuzluq rəmzi kimi qiyməytləndirilməyə başladı.
“Bəd nəzərdən qorunmaq üçün niyə taxtaya vururuq?”
Pis bir hadisə ilə qarşı-qarşıya qaldığımız zaman qulağımızı çəkir, Allah qorusun deyib və taxtaya vururuq. Bu inanc qədim türklər arasında da geniş yayılmışdı. Sabit məkanları olmayan və tez-tez köç edən türk qəbilələri bu köçlər zamanı əvvəl heç olmadıqları bir meşəyə basırlarsa, bu hərəkəti edirlərmiş. Məqsəd isə meşədə olduğuna inandıqları nəs ruhları səs-küy yaradaraq oradan uzaqlaşdırmaq idi. Əslində bu adətin kökləri amerikan yerlilərinə və “Helen” tayfasına aid olduğu söylənilir. Qədim insanlar meşə ağacının sağlam və hündür olması səbəbiylə xüsusi güclərinin olduğuna inanırlarmış. Meşə ağaclarına tez-tez ildırım düşdüyü üçün tanrının bu ağaclarda təcəlli etdiyin belə düşünüblər. Şərqi amerikalılar isə ağaca vuraraq tanrı ilə təmasa keçdiyini hesab ediblər. Beləliklə, ağaca vurmaq inancının əsasında “Tanrım məni başıma gələcək hadisələrdən qoru” mənası yatır.
Məleykə
Minval.info

