Həm qayda pozur, həm də “qoçuluq” edir – VİDEO
Avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib
Minval.info avtosfer.az-a istinadən xəbər verir ki, iyunun 28-də paytaxtın Azadlıq prospektində hərəkət edən maşına sağ zolaqdan sola yerdəyişmə edən 99-RA-037 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü onun hərəkətinə mane olub.
Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman, qayda pozan sürücü qəfil tormoz verərək hərəkəti məhdudlaşdırıb və avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib.
99-RA-037 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü yolu kəsərək qərəzli hərəkətlər etmiş və əhalinin dicliyini nümayişkaranə şəkildə pozub.
Ümid edirik ki, DYP idarəsinin əməkdaşları bu sürücü barədə lazımi tədbir görəcək.

