Bakı sakini aldığı maaşa təəccübləndi – FOTO
Bankomatdan pul çıxaran Bakı sakini sürprizlə qarşılaşıb.
Minval.info xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində quraşdırılan “Kapital Bank” aid bankomat cırıq əskinaz təqdim edib. Bu barədə minval.info-ya rayon sakini Sabit Məmmədov məlumat verib.
O, aparatdan belə əskinazın çıxmasına narazılığını bildirib: “Bankomat da adama cırıq manat verib aldadır. Bir manatın yerinə 100 manat cırıq çıxsaydı necə olacaqdı? Mən işimi-gücümü qoyub, getməliyəm pulu dəyişməyə?”
Minval.info sözügedən bankla əlaqə saxlamağa çalışıb. Rəsmi saytda qeyd olunan nömrə ilə danışdıqdan sonra baş ofisə yönləndirildik. Təqdim edilən (012)-598-12-95 nömrəsinə zəng vurduq və daxili nömrələri deyildiyi kimi yığdıq. Lakin bütün cəhdlərimizə baxmayaraq zənglərimiz cavabsız qaldı.
Maraqlıdır, ölkə vətəndaşı cırıq pulu dəyişmək üçün banka müraciət edirsə, o zaman bankdan aldığı yararsız manatı dəyişmək üçün haraya üz tutmalıdır?
Sani / Minval.info


