Zabitimiz həlak oldu – FOTO
Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.
Minval.info-nun Müdafiə Nazirliynin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Xatırladaq ki, polkovnik Rəhim Əliyev “Aprel döyüşlərində” iştirak edib və medallarla təltif olunub.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22


