Həsən Əliyev küçəsində tıxacın əsas səbəbi nədir?- VİDEO

Bakının Həsən Əliyev küçəsində vaxtaşırı tıxac olur.

Şəhərin əsas yollarından hesab edilən, akademik Həsən Əliyev (keçmiş İnqilab küçəsi) küçəsində tıxaclarla rastlaşmaq adi hala çevrilib. Havaların da son zamanlar isti keçməsi əhalinin bu yollardan istifadə edərkən əziyyət çəkməsinə səbəb olur.

Musavat.com saytının əməkdaşı H. Əliyev küçəsi boyunca müşahidələr aparıb. Günorta saatları olmasına baxmayaraq, nəqliyyatın intensivliyinin şahidi olub Hərəkətdə olan avtomobillərdən daha çox, yol kənarında park edilən avtomobillər gözə dəyirdi. Belə olan halda, nəqliyyatın sıx olduğu bu məkanda yolun daralmasına və nəticədə avtomobillərin istiqamət xətti üzrə hərəkətinin çətinləşməsinə səbəb olur. Digər tərəfdən, yolun kənarında park edilən maşınların ucbatından ikinci zolağa keçən taksi sürücüləri də yolda nəqliyyatın hərəkətinə maneələr yaradırdı.

Onlar isə günahın özlərində deyil, yolboyu yerləşən obyektlərin avtomobilər üçün park yerlərinin olmamasını əsas gətirdilər: “Yolun kənarında yerləşən obyektlərin çox olması və heç birinin park edilmək üçün ərazisi olmadığından sürücülər əlacsız qalıb avtomobillərini yolun kənarında saxlayırlar. Biz də məcbur qalıb maşınımızı yolun ikinci zolağında saxlayırıq.”

Ən acınacaqlı durum isə burada yerləşən hosbital və klinikaların öz həyətlərinin olmamasıdır.

Klinikaların təcili tibb maşınları tıxac səbəbindən xəstələri vaxtlı-vaxtında lazımi ünvanlara çatdırmaqda böyük çətinliklərlə üzləşir. Hətta, bəzən elə olur ki, burada yerləşən klinikalara gələn pasiyentlər avtomobillərini saxlamağa yer tapmırlar. Yay mövsümünün sonu bir sıra dövlət müəssələri və təhsil ocağlarının fəaliyyətə başlamasını nəzəra alsaq, qarşıda bu yolun aqibətinin daha da acınacaqlı vəziyyətə düşəcəyini indidən demək olar.

 

Ölkə

Nəşr edilib: 2018/07/27 21:14

Baxış: 267


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06