Hacı Mazanın vəziyyəti ağırlaşdı – Əməliyyata ala bilmirlər – Təfərrüat

Hacı Mazanın vəziyyəti ağırlaşdı - Həkimlər onu əməliyyat edə bilmirHacı Mazanın vəziyyəti ağırlaşdı – Həkimlər onu əməliyyat edə bilmir

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti ağır olaraq qalır.

Minval.info Bakupost.az-a istinadən xəbər verir ki, iş adamının təcili əməliyyatı zərurət yaransa da, iki gündür, həkimlər onu əməliyyata ala bilmir.

Qeyd olunur ki, Hacı Mazanın ağciyərlərinin vəziyyəti ona narkoz verməyə və əməliyyata salmağa imkan vermir. Qəzada onun qabırğalarının sınması isə həkimləri daha çıxılmaz vəziyyətə salıb.

Hazırda Tibb Universitetinin Tədris-Cərrahiyə Korpusunda reanimasiya şöbəsində saxlanılan R.Zeynalovun ailə üzvləri son çarə kimi xəstəxananı dəyişmək qərarı veriblər. R.Zeynalov xəstəxanadan çıxarılmaq üçün uyğun vəziyyətə hazırlanır və o, yaxın saatlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalına köçürüləcək.

Qeyd edək ki, ilkin məlumata görə, Hacı Mazanın qəzada bir çox yeri sınmış, kəllə-beyin travması almışdı. O, qəzadan sonra ilk olaraq Biləsuvar Mərkəzi Xəstəxanasına aparılmış, ilkin müdaxilədən sonra Bakıya göndərilmişdi.

Onu da bildirək ki, dünən və srağagün iş adamının əməliyyat olunduğu bildirilirdi. Görünür, bu, doğru informasiya deyilmiş.

Gündəm, Vacib

Nəşr edilib: 2019/07/04 17:15

Baxış: 2376


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06