Hacı Şahin Fazil Mustafaya cavab verdi – “Millət vəkilinin belə müdaxiləsi …”

Bu gün Hacı Şahin barəsində videogörüntü yayıb bu barədə xoşagəlməz ifadələr işlədən millət vəkili Fazil Mustafaya qarşı tərəfdən cavab gəldi.
Bizimyol.info saytına açıqlama verən Hacı Şahin Həsəni bildirib ki, Azərbaycanda əzadarlıq ənənələri əsrlər boyu olub.
“Bu insana mərhəmət duyğusundan irəli gələn göz yşıdırsa nəyi pisdir? İnsanların hissləri ilə bağlı fikir söyləməyi düzgün hesab etmirəm. Əzadarlıq məclislərində təkcə minlərlə insan olur. Bu cür münasibət insanları incidə bilər.
Millət vəkilinin bu yanaşmasını xətalı hesab edirəm. Bizim onunla teologiya mövzusunda polemikaya girməyimiz düzgün olmaz. Bu dindaxili mövzudur. Bunu kimsə qəbul etməyə bilər. Kimsə əzadarlıq etməyə bilər. Amma edənləri təhqir etmək nə dərəcədə düzgündür?
Minval.İnfo
Hacı Şahinlə müsahibənin videosunu təqdim edirik.

