Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi

Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
Minval.İnfo-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

