Hacıbala Abutalıbov: “İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?” MÜSAHİBƏ

Image result for Hacıbala AbutalıbovUzun müddət (2001-2018-ci illər) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini (2018-2019-cu illər) vəzifələrində çalışmış fizika-riyaziyyat elmləri doktoru, hazırda təqaüddə olan Hacıbala Abutalıbov Modern.az saytına geniş müsahibə verib.

Hacıbala müəllimin adı sonuncu dəfə medinın gündəminə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu il martın 5-də keçirilmiş növbədənkənar qurultayı zamanı gəlmişdi.

Çünki qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da vardı. Maraqlıdır ki, qurultayda Hacıbala Abutalıbovun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı…

Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsini onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirənlər vardı. Bəzi iddialara görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov hakim partiyadan inciyib.

Aylardır gözə dəyməyən, mediadan yan gəzən Hacıbala müəllim nəhayət bu və digər məsələlərlə bağlı suallara aydınlıq gətirib.

Musavat.com müsahibəni təqdim edir:


– Hacıbala müəllim, vəzifədən gedəndən bəri hər şeydən uzaqlaşmısınız. Gözdən uzaqlaşmaqla könüldən də uzaqlaşmaq istəyirdiniz, yoxsa mətbuatdan qaçışın başqa səbəbi vardı?

– Uzaqlaşmışdım. Hətta telefonumu da söndürmüşdüm. Çünki istədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.


– Bəs bu müddətdə özünüz özünüzlə hesablaşanda hansı qənaətə gəldiniz?

– Özümə hesabat verdim. Özümdən razı qaldığım məqamlar da oldu, narazı qaldığım məqamlar da.


– Bir müddət əvvəl Bakını tərk etdiyinizə, Qaxa köçdüyünüzə dair məlumat yayıldı. 
Olmaya elə özünüzlə hesablaşamanı paytaxtdan kənarda, Qaxda aparırdınız?

– Yalandır! Bax, budur da, mən Bakıdayam!. İndi mən nə deyim?! Deyim ki, siz yaxud, başqası yalan yazmısınız? Jurnalist də pul qazanmalıdır. Ona görə nəsə demirəm. Amma mən Bakıda, öz evimdəyəm.


– Qaraçuxurdakı evinizdə?

– Bəli, nə vaxt gəlsəniz, mən Qaraçuxurdakı evimdəyəm.


– Ümumiyyətlə, sizin Qaxla hansısa bağlılığınız var?

– Əlbəttə var. Bacım, yoldaşı, ailəsi Qaxda yaşayır, orda evi var.


– Hacıbala müəllim, 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə çoxdan arzuladığımız, amma eyni zamanda, məlum səbəblərdən bizə çox uzaq görünən Qarabağı erməni işğalından azad etdi. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Vəzifədən uzaqlaşandan sonra keçmiş məmur, bir təqaüdçü kimi ölkədə gedən prosesləri izləməmiş deyilsiniz. Bu barədə fikirləriniz maraqlıdır.

– Qarabağın alınması Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Heç zaman bu tarixi silmək, qaralamaq, ləkə vurmaq mümkün olmayacaq. Bu, Azərbaycan tarixində ən  uğurlu qələbədir. Qarabağ tarixini yenidən yazan Azərbaycan Respublikasının Prezidentidir. Çox şükürlər olsun ki, biz bu qələbəni heç bir dövlətdən hərbi dəstək almadan, Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücü, şücaətilə qazandıq. Bu böyük tarixdir. Sözsüz ki, bu tarixi qələbədən sonra, Qarabağda minatamizləmə, daha sonra abadlaşma işləri aparılacaq.


– Yeri gəlmişkən, artıq bir neçə dəfə rəsmilər və qeyri-rəsmilər işğaldan azad edilmiş torpaqlara səfər ediblər. Arzunuz varmı deyə soruşmuram, çünki yersiz olar. Sadəcə maraqlıdır, sizin də yaxınlarda belə bir səfəriniz gözlənilirmi Qarabağa?

– Qarabağ ermənilərdən təmizlənib, amma onların əməlləri torpaqlarımızdadır. Heç kimin icazə olmadan Qarabağa səfərinə yol verilmir və düz də edirlər. Çünki minalanmış ərazilərə səfər edən zaman təşkilatçılar hara gedib-getməməyi bilir, digərləri isə yox. Əlbəttə, nə vaxtsa icazə veriləcək, mən də Qarabağa gedəcəm. Həmişə çıxışlarımda da arzu etmişdim ki, gün olsun bayramlarımızı, atəşfəşanlığımızı Şuşada keçirək, bayram tonqallarımızı Qarabağda yandıraq, Azərbaycan bayrağını orada qaldıraq. Prezident İlham Əliyev Şuşada, eləcə də digər işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldıraraq, hamımızın arzusunu reallaşdırdı. Ona görə də belə bir təşəbbüs olacaqsa, mən böyük həvəslə Azərbaycanın dilbər guşəsi olan Qarabağa gedəcəyəm.


– Hacıbala müəllim, martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi. Siz də bir çox məşhurlar kimi İdarə Heyətindən çıxarılanlar sırasındaydınız. Eyni zamanda, yeni yaradılan Veteranlar Şurasına da salınmadınız, əvəzində üzv olduğunuz Siyasi Şura da ləğv edildi…

– Bilirsiniz, hər anın öz hökmü var. Lazım olan müddətdə yenilənmə getməlidir, yenilər, cavanlar, xarici dilləri bilənlər, dünyagörüşlülər gəlməlidir. Sözsüz ki, bu dəfə belə bir addımın vaxtı çatmışdı. Əlbəttə, yaşlı nəsil çəkilməlidir qırağa, cavanlar idarəetməyə gəlməlidir. Yalnız bu, inkişafa təkan verə bilər. Dəyişiklik olmalı idi və oldu da. Bunu yalnız və yalnız alqışlayıram. Narazı olmağa əsas da yoxdur. Çünki mən Yeni Azərbaycan Partiyasının üzvü kimi partiyanın dayaqlarını dəstəkləyəcəyəm.

 

– Siz Azərbaycanda sıradan məmur olmamısınız. Hər sözünüz, hər addımınız rezonans doğurub. Siz həm də hakim partiyaya, onun yaradıcısı mərhum Heydər Əliyevə, dövlətçiliyə bağlılığınız, sədaqətinizlə diqqət çəkmisiniz. Baxın, Vətən müharibəsindən əvvəl ölkə rəhbəri yüksək post sahiblərini ələkdən keçirdi, məlum oldu ki, onların bəziləri oturduqları budağı kəsməklə, dövlət siyasətinə qarşı çıxmaqla məşğul imişlər. Bu səbəbdəndir ki, hazırda bir neçə nazir, icra başçısı və s. yüksək ranqlı məmurlar dəmir barmaqlıqlar arasındadırlar. Bu məsələyə münasibətiniz maraqlıdır.

– Mənim ürəyimdə Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin əsasını qoyan böyük insan, şəxsiyyət Heydər Əliyev sevgisi var. Əgər doğurdan da mənim ürəyimdə Heydər Əliyev sevgisi varsa, deməli Heydər Əliyevə sədaqətim var. Əgər Heydər Əliyevə səadqətim varsa, onun yaratdığı dövlətə sevgim var və buna heç vaxt xəyanət edə bilmərəm. Çünki bu sevgi əbədidir. Dövlətimizin əsasını qoyan şəxsə həmişə baş əymişəm, əyirəm, həmişə də baş əyəcəyəm. Elə indi Heydər Əliyevin məzarını ziyarətdən gəlirəm. Onun ruhu qarşısında baş əyib gəldim, onunla söbət etdim, dərdləşdim. O söhbət də mənimlə Heydər Əliyevimizin arasında qalacaq. Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə sevgim var. Bu sevgini də mənim əlimdən heç kim ala bilməz. Bunu bilin ki, vəziyyətin hansı tərəfə dönməsindən asılı olmayaraq, kimsə dönük çıxırsa, deməli onun ürəyində sevgi olmayıb. Yalnız vəzifəsinə görə sədaqət “nümayiş” etdirib. Belələrinə də təəssüf edirəm.


– Hacıbala müəllim, təqaüdə çıxandan sonra hazırda vəzifədə olan məmurlarla əlaqələriniz qalıbmı, ünsiyyət saxlayırsınızmı?

– Heç bir ünsiyyətim yoxdur. İstəyim odur ki, təyin olunan şəxslər sərbəst surətdə işləsinlər. Bakının, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi və firəvanlığı üçün çalışsınlar. Əgər mən hər hansı bir məmura zəng eləsəm, yaxud hansısa xahiş etsəm, yaxud da kefini soruşsam, onun qızıldan qiymətli zamanını itirmiş olaram. Mən bunu istəmirəm.


– Bəs xələfiniz Eldar Əzizovun fəaliyyətini necə qiymətləndirirsiz. Sizdən sonra Bakıda nələr dəyişib?

– Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim. Çünki bu qiyməti verən var, o da möhtərəm Prezidentimizdir. Möhtərəm Prezidentin təyin etdiyi hər bir şəxsə hörmətim ona görə var ki, o təyinatda Prezidentimizin imzası var.


– Bir az da təqaüdçü Abutalıbovdan danışaq. Artıq bir ildən çoxdur ki, dünya COVID-19-la əlləşir. Siz necə qorunursunuz koronavirusdan, pandemiya şəraitində günlərinizi necə keçirirsiniz?

– Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qanun-qaydada nə yazılıbsa, onlara riayət edirəm, qorunuram. Çalışıram evdə olum, bayıra çıxmayım. Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.

Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi. Leninqradda aspiranturanı oxuyanda, elmlər namizədi olanda, doktor olanda, evim olmayanda yoldaşımla, uşaqlarımla onun evində qalırdım. Evin alınmasında da qardaşım mənə kömək edib. Məni ayağa qaldıran o olub, çətin günlərimdə axıra kimi də cibimə pul qoyub. Osman 1973-cü ildən “Qlavbakstroy”da ( Bakı Baş Tikinti İdarəsi) işləyirdi. “Qlavbakstroy”da “Elektromontaj” idarəsinin rəisi idi. Qazanırdı və o qazancla da çalışırdı ki, mən əziyyət çəkməyim. O qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir (kövrəlir). Odur ki, hər iki sevdiyimi hər gün ziyarət edirəm.


– Allah səbrinizi bol eləsin. Maraqlıdır, təqaüdçü Hacıbala Abutalıbov kabinetli, vəzifəli Hacıbala Abutalıbov üçün darıxırmı? Kaş o günlər olaydı, dediyiniz olubmu heç? Amma tam səmimi…

– Mən uzun illər vəzifədə olmuşam. Yeganə şəxsəm ki, Heydər Əliyev başda Prezident Aparatı, Nazirlər Kabineti olmaqla, bütün icra strukturlarına, komitə sədrlərinə tapşırıq verib ki, mənim müsbət iş təcrübəm yayılsın. İkincisi, Heydər Əliyev Gəncədə çıxışı zamanı bildirib ki, Hacıbala Abutalıbova heç kim kömək etmir, amma görün nələr edir: “15 günlük onu gətirin Gəncəyə”. Üçünücüsü,  Rusiya Federasiyasının Dumasının ovaxtkı sədri Gennadi Seleznyov böyük nümayəndə heyətilə Bakıda idi. Həmin vaxt Heydər Əliyev Suraxanı rayonuna Tofiq Bayramın büstünün və parkın açlışına gəlmişdi. Tofiq Bayramın gözəl bir şeri var:

Demərəm, ey Vətən, bağışla məni,

Torpağın altı da mənə Vətəndir.

Prezidentimiz o tədbirdə möhtəşəm çıxış elədi. O çıxışla Prezident seçkisinə start verildi. Həmin günün axşamı Rusiya Dumasından gələn nümayəndə heyətini qəbul etdi. Aparıcı dedi ki, möhtərəm Prezident Heydər Əliyev Suraxanıdan çox yüksək əhval-ruhiyyə ilə gəlib bu tədbirə. Bu söz elə-belə söz deyildi. Əgər o an Heydər Əliyevə kiçicik bir təbəssüm, əhval-ruhiyyə vermişəmsə, bu mənim üçün böyük şərəfdir.

Görüşün davamıda Seleznyov ona sual verdi ki, “axı mən Bakıda sizin portretinizə rast gəlmədim?” Buna cavab olaraq, Heydər Əliyev bildirdi: “SSRİ ərazisində Brejnevdən sonra mənim portretim yayılırdı. Mən buna adi iş kimi baxıram. Amma mənim böyük bir portretimi Bakının bir rayonunda vurmuşdular. Mən Bakının meri Rəfael Allahverdiyevə tapşırıq verdim ki, icra başçısına desin o portreti çıxartdırsın. O icra başçısı bilirsiniz nə dedi? İcra başçısı dedi ki, “portretə əl vuranın başını kəsərəm, məni işdən çıxartsınlar, sonra o portreti çıxara bilərlər”. Bundan sonra icra başçısına daha bir xəbərdarlıq göndərdim. Mən gecə ilə ona zəng elədim. O fizika sahəsində böyük alim-fizikdir, çox da qeyrətli başçıdır. O mənim partiyamın yaradıcılarından biridir. Ona zəng elədim, başa sala bilmədim ki, bu, düzgün deyil. Axırda dedim ki, icazə verirəm bir şərtlə, mən vəzifədə olmayanda vurarsan portretimi. O isə mənə dedi ki, mən çıxartmıram, kim istəyir gəlsin çıxartsın”. Sonradan çıxartdılar. Bunları Heydər Əliyev danışırdı. Çıxışı zamanı adımı çəkmədi. Həmin icra başçısı mən idim. Heydər Əliyevin belə qiymətini kim ala bilər? Heydər Əliyevin sevgisini bu cür qazanan ikinci adam ola bilməz. Bu mənim üçün böyük dəyərdir. Ona görə də mən Heydər Əliyevi nəinki sevmişəm, indi də sevirəm, bundan sonra da sevəcəyəm. Hər gün də Heydər Əliyevin məzarına gedəndə, onun ruhu qarşısında baş əyəndə deyirəm: Heydər Əliyev, yaşa, yaşa, siz bizə lazımsız! Mən həmişə deyirəm:

Bu dünya qəmli, kədərli dünya,

Bu dünya sevincdən süzülən kədər.

Kimi Heydər kimi yaşayıb gedər,

Kimi mənim kimi çəkər bu dərdi.


– Hacıbala müəllim, dediklərinizdən belə anlaşılır ki, bir siyasətçi kimi əməyinizin, əziyyətinizin qarşılığını almısınız. Bəs bir ata kimi necə, övladlarınıza istədiyiniz həyatı verə bilmisinizmi, onlar sizin gözləntilərinizi doğruldublarmı?

– Mənim həyat yoldaşım həkimdir. Düzdür indi səhhətilə əlaqədar işləmir, Almaniyada müalicə alır, oğlu aparıb. İki oğlum var. Çalışmışam ki, onlar azad  böyüsünlər və mənim işlərimə qarışmasınlar. Uşaqlarımın ikisi də evlidir, 11 nəvəm var. Nəvələrimlə fəxr edirəm, çünki onlar məni sevir. Və əminəm ki, onlar məni daha çox sevir, nəninki mən onları. Onların hərəsinin öz həyatı var. Onlardan biri hüquq elmləri namizədidir, Ukraynada müdafiə edib. Yəni fizik deyil, deyələr ki, Hacıbala Abutalıbov yazıb verib. İndi Türkiyədə yaşayır, oranın vətəndaşıdır, işləyir, öz ailəsini dolandırır. O biri nəvəm iqtisadçıdır, mənim yanımda Bakıdadır. Kim olur-olsun öz həyatına özü qərar verməlidir. Ata-ana buna qarışmamalıdır.


– Yeri gəlmişkən, oğlunuzun Türkiyədə böyük biznesə malik olması hər zaman mətbuatda geniş müzakirə olunub.

– Bir şeydə çox təəssüf edirəm. Təəssüf edirəm ki, bizim bu torpaq bütün müsbətlərlə bərabər, həm də dərdlilər torpağıdır. Vaxtilə dövlətimiz olmayıb, bir-birimizə qarşı olmuşuq, bir-birimizi qırmışıq və s. Və həmişə də istəmişik ki, kiminsə ayağını çəkək. Bu bizim mentalitetimizdir və bundan da ləzzət almışıq. Halbuki, o ayağın çəkənə heç nə düşmür. Kiminsə uğuru olursa, mütləq ona paxıllıq etməliyik. Mənə deyirdilər ki, sən Bakının merisən deyə, vəzifənə görə Heydər Əliyevin məzarını ziyarətə gedirsən. Bunu da siz jurnalistlər yazırdız. İndi ki, mən vəzifədə deyiləm, amma indi də gedirəm. Bunu mənim əlimdən jurnalistlər yox ey, bütün dünya əhli gəlsə də ala bilməz, bilin!

İkincisi, mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir. Heydər Əliyev mənə çörək verib, su verib, uşaqlarımın toyunu təşkil edib. Toyda səhhətilə əlaqədar özü iştirak edə bilməsə də, ailə üzvlərini göndərdi.

Mən birinci dəfədir jurnalistlə bu cür, ümumiyyətlə mətbuata bu barədə danışıram. Düzdür, həmişə mətubata açıq olmuşam. Amma sizə danışdıqlarımı heç vaxt danışmamışam. Ürəyim çox doludur, yanğı ilə danışıram. Mən bir ata kimi çox xoşbəxtəm. Xoşbəxtəm ki, övladlarım məndən nəsə tələb etmir, onlar öz ayaqları üstündə dayanmağı bacarırlar, ailələrinin yanındadırlar. Gəlinlərimdən də razıyam. Yeməyimə qədər bişirib göndərirlər. Ona görə göndərirlər ki, həyat yoldaşım yanımda deyil. Uzun illərdir xəstədir, hazırda Almaniyada müalicə alır.


– Allah şəfa versin. Əgər açıqlamanız uyğundursa, xanımınızın xəstəliyi nədir?

– Pis xəstəlik, xərçəng (kövrəlir). Bir dəfə ağırlaşanda onu geri qazana bildik. İndi yenə ağırlaşıb. Allah bilən məsləhətdir, hər şey onun əlindədir. Allahın məsləhəti nə olacaqsa, o da olacaq. Buna nə mən kömək edə bilərəm, nə də uşaqları. Amma əlimizdə nə varsa, çalışırıq ki, yardımçı olaq. Amma Allahın yazısı var da alnımızda, ondan qaçmaq, onun yazısına qarışmaq mümkün deyil.


– Hacıbala müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm. Düzü zəng edəndə cavab verəcəyinizi, hələ belə səmimi söhbət edəcəyinizi düşünmürdüm.

– Qurbandı, nə vaxt istəsəniz mən danışmağa hazıram. Mən açıq adamam. Suraxanıda işləyəndə də, Bakı Şəhər İcra Hakimiyyətində işləyəndə də qapım həmişə hamının üzünə açıq idi. İndi də təqaüdçü Hacıbala Abutalıbov kimi evimin qapısı sənin üzünə açıqdır, nə vaxt istəsən buyur.

Bakı Şəhər İcra Hakimiyyətində olanda bir də görürdün bir dəfəyə 1000 nəfər gəldi, zala yerləşmirdilər, həyətdə qəbul edirdim. Bir dəfə yataqxanada yaşayan bir qrup qadın gəlmişdi. Getdim yataqxanaya, gördüm ki, orada insan yaşaya bilməz. Amma onlar min bir zillətlə yaşayırdılar. Həyat budur. Dünən mənim evim yox idi, amma bu gün var. Əlimdən gələni etdim ki, onların binası sökülsün, bir iş adamı bina tikib onları orda yerləşdirsin. Elə də oldu. Belə işlərimiz olub. Amma olub da ki, problem olanda onu həll etmək mənim gücümdə olmayıb. Çünki həll yolları həmişə hamar olmayıb, maneələr yaradanlar olub, yüksəkliklər olub, kömək edən olub. Təəssüf edirəm, kaş o nahamarlıqlar olmayaydı. Amma gücüm çatanı etməyə çalışmışam. Amma nə qədər etmişəm, bunu yalnız Heydər Əliyevin yanına gedəndə biləcəyəm…

Müsahibə, Vacib

Nəşr edilib: 2021/03/31 14:29

Baxış:77


XƏBƏR LENTİ

2022/12/02 15:46

2022/12/02 15:38

2022/12/02 15:36

2021/03/31 14:29

2022/12/02 12:37

2022/12/02 11:34

2022/12/02 10:55

2022/12/02 10:51

2022/12/02 10:44

2022/12/01 16:49

2022/12/01 15:40

2022/12/01 15:25

2022/12/01 15:24

2022/12/01 15:21

2022/12/01 13:13

2022/12/01 13:07

2022/12/01 13:05

2022/12/01 12:49

2022/12/01 12:48

2022/12/01 12:40

2022/12/01 12:38

2022/12/01 12:09

2022/12/01 12:08

2022/12/01 11:39

2022/12/01 10:47

2022/12/01 10:44

2022/12/01 10:41

2022/12/01 10:39

2022/12/01 10:35

2022/12/01 10:22

2022/12/01 10:16

2022/12/01 10:08

2022/11/30 15:30

2022/11/30 15:04

2022/11/30 14:53

2022/11/30 14:30

2022/11/30 14:15

2022/11/30 13:30

2022/11/30 12:53

2022/11/30 12:49

2022/11/30 12:45

2022/11/30 12:43

2022/11/30 12:41

2022/11/30 12:35

2022/11/30 12:14

2022/11/30 11:48

2022/11/30 11:02

2022/11/30 10:56

2022/11/30 10:50

2022/11/30 10:32

Что происходит в «зоне безответственности»?

Накануне Минобороны Азербайджана сообщило об очередном инциденте — на сей раз на Тертерском направлении. Здесь армянские «зинворы», находясь в состоянии алкогольного опьянения, открыли огонь в направлении азербайджанских позиций близ села Гапанлы. ВС Азербайджана незамедлительно приняли ответные меры, потерь нет. Но тем не менее выводы из этого инцидента следует сделать самые серьезные. Как на Тертерском направлении, в зоне, где временно размещены российские миротворцы, вообще оказались армянские «зинворы»? Согласно трехстороннему заявлению от 10 ноября 2020 года, армянские вооруженные формирования должны быть или выведены с территории Азербайджана, или разоружены. И это еще не все. То, что произошло на Тертерском направлении, официально именуется нарушением режима прекращения огня, а неофициально — «войной по пьяни». Такое на линии соприкосновения происходит не в первый раз. В апреле 2021 года на Кельбаджарском направлении армянские «зинворы», тоже, по официальной версии, перепившись, открыли огонь по постам ГПС Азербайджана и российским пограничникам. Россияне оперативно вышли на связь с Баку и попросили не вмешиваться — они сейчас сами разберутся. Плюс ко всему все чаще СМИ сообщают и солдатах, которые «исчезли» из частей, где служили, и с тех пор о них ни слуху ни духу. Это ценная информация к размышлению о реальном уровне дисциплины и «управляемости» в сегодняшней армянской армии. Более того, в «огрызке» астрономическое количество «стволов» просто гуляет по рукам. Только накануне армянские источники сообщили об инциденте: некий житель Ханкенди 36 лет от роду, имя которого не называется, принялся палить из автомата из окна своей квартиры. Стрелка задержали. Как теперь «объясняют» в Ханкенди, он стрелял «в состоянии психологической нестабильности, поскольку его брат без вести пропал во время 44-дневной войны». Еще раньше в верхушке сепаратистов признавали, что «огрызок» сверх всякой меры перенасыщен оружием, и что здесь участились случаи преступлений, связанных с «огнестрелом». Словом, даже если речь идет о случайном инциденте, очевидно, что назрела необходимость серьёзной зачистки «зоны безответственности» РМК, которая превращается в «тикающую бомбу». Здесь сосредоточено изрядное количество вооружённых людей, которых по сути дела никто не контролирует. Но в реальности все куда серьезнее, Инцидент на тертерском, как и ранее на кельбаджарском направлении, произошел на весьма показательном фоне. Сепаратисты явно активизируются и, скажем так, «проверяют терпение» Баку. Напомним: совсем недавно, как уже рассказывал Minval, «парламент» сепаратистов принял «Закон об оккупированных территориях», где высказаны и претензии на азербайджанские земли, и завуалированные угрозы в адрес компаний, работающих на освобождённых землях. СМИ и ТГ-каналы, связанные с сепаратистами, активно сообщают о строительстве, в том числе в Ходжалы, причем, по заслуживающим доверия данным, новые квартиры предназначаются прежде всего «офицерам карабахской армии». Нельзя не заметить и откровенных военных приготовлений. Minval.az уже рассказывал о развязанной сепаратистами террористической войне против азербайджанских сотовых операторов — совсем недавно в результате очередного «инцидента» ранения получил сотрудник Bakcell, ранее «лесные зинворы» в Ходжавенде напали на служебный автомобиль Azercell. Наконец, под прикрытием российских миротворцев сепаратисты опять копают траншеи и оборудуют позиции! А это не просто «игра в войнушку». Активность сепаратистов оставляет четкое ощущение «дежавю». Похожим образом здесь демонстрировали свою безнаказанность чуть больше года назад — накануне 44-дневной войны. Но тогда в Ханкенди должны слишком хорошо помнить, чем закончились попытки испытывать терпение Азербайджана и проверять «методом тыка», что будет, если пересечь «красные линии». И осознавать, что «железный кулак» на месте. А надежды на «заграница нам поможет» могут не сработать точно так же, как они не сработали в 2020 году. Нурани, обозреватель Minval.az

«Энергетическая карта» Европы — кто и как пытался срывать азербайджанские проекты

Ситуация на энергетическом рынке Европы продолжает оставаться труднопредсказуемой. По мнению экспертов, дело вряд ли дойдёт до повторения «нефтяного кризиса» семидесятых годов, когда из-за дефицита электричества на лондонской Пикадилли гасили огни реклам. Но цены на газ и электричество продолжают бить рекорды, и власти, к примеру, латвийского Даугавпилса уже предупреждают, что после рождественских и новогодних праздников объявят об энергетическом кризисе: цен на газ и электричество местный бюджет просто не выдерживает. О рекордном подорожании электричества объявили в Германии, причем цены на электричество «тянутся вверх» вслед за ценой газа. По последним сообщениям, стоимость «голубого топлива» пошла вниз, но до отбоя тревоги еще слишком далеко. Здесь нужно пояснение. Как уверены эксперты, у масштабного кризиса редко бывает только одна причина. И на сей раз свою роль, без сомнения, сыграли и излишнее, без учета экономических и технологических реалий, увлечение «зеленой энергетикой», и безветренное лето, когда популярные ветрогенераторы просто не выработали ожидаемого количества энергии, и многое другое. Но все же на первый план европейские эксперты выводят именно ответственность России. Более того, на фоне дефицита топлива российский «Газпром» уже четыре дня не заказывает транзит газа по газопроводу Ямал-Европа. По официальной версии, нет заявок. По неофициальной, Москва опять «воспитывает» Европу при помощи газовой трубы, чтобы для начала продавить открытие «Северного потока-2», сохранить за собой статус монополиста и дальше продолжать ту же политику «энергетического давления». Но вот если «копнуть поглубже», то становится понятно: в Европе, возможно, наступает критическая точка «передела сфер влияния» в экспорте газа. Где далеко не на последнем месте — азербайджанский Южный газовый коридор. Более того, уже сегодня по своповой схеме, при посредничестве Ирана, по этому пути пойдут и солидные объемы туркменского газа. У Азербайджана нет ни малейшего намерения мешать газ с политикой, кого-то «выталкивать» с рынка и т.д. Но в том, что наличие нового независимого поставщика делает Европу, по крайней мере страны юга Европы, менее уязвимыми для «газового давления» недавних монополистов, сомнений тоже нет. И тем более понятно другое. Да, сегодня вряд ли можно спрогнозировать с достаточной точностью, сколько дней в Европе будет дуть ветер, сколько — стоять полный штиль, и сколько энергии выработают ветрогенераторы. Но ввод в строй важных трубопроводов планируется и прогнозируется заранее. Выход ЮГК на полную мощность планировался на декабрь 2020 года. И вот насколько на этом фоне можно считать «случайным совпадением», что именно осенью 2020 года Армения начала свою «новую войну за новые территории», которую еще в 2019 году обещал ее тогдашний министр обороны Давид Тоноян? Возможно, одного только совпадения дат для далеко идущих выводов еще недостаточно. Но…на днях увидело свет интервью президента Армении Армена Саркисяна изданию Asia Times. Где он, кроме всего прочего, заявил: «…Поскольку мы победили, я думаю, что у нас было преимущество, чтобы действовать более активно и быстро превратить победу в стабильный мир. И, вероятно, в конце 1990-х - начале 2000-х годов был шанс сделать это, и я объясню Вам, почему. Это было время, когда Азербайджан пытался построить трубопровод от Каспийского моря к европейским рынкам, к Средиземному морю, в Турцию - Баку-Джейхан». Как теперь рассуждает Саркисян, «без трубопровода не было шансов, что Азербайджан когда-либо вернет Карабах, потому что трубопровод был силой, деньгами - деньгами, которые помогли им восстановить свою собственную армию. Кроме того, именно деньги помогли им наладить общественные связи и отношения с другими государствами, включая Европу». Как бы о том, что Армении уже тогда следовало начать вторую войну и перерезать трубопровод, Армен Саркисян прямо не заявляет. Но прозрачно намекает: дескать, «в то время армянская армия была самой мощной в регионе». А чуть более года назад, в октябре 2020 года, в разгар войны, когда армянские ракеты разрывались в сотне метров от трубопровода Баку-Джейхан, тот же Армен Саркисян в другом своем интервью уверял: «Если бы армяне захотели ударить по трубе, то сделали бы это 20 лет назад. Несколько артиллерийских ударов, и ее не существовало бы. Но армяне не пошли на такое, там даже пули не было выстрелено", - добавив, что это, оказывается, армяне позволили Азербайджану построить трубопровод, продавать нефть и газ, зарабатывать миллиарды долларов и на эти деньги закупать оружие. Возможно, это еще не доказательство, что в сентябре 2020 года Армения попыталась «исправить ошибку», оккупировать Барду, Тертер и Гянджу, перерезать нефтепровод Баку-Джейхан и сорвать реализацию Южного газового коридора. Но…уже в октябре 2012 года армянские оккупанты проводят в захваченном на тот момент Карабахе беспрецедентные по своим масштабам военные учения. На оккупированные азербайджанские земли стянуты едва ли не все вооружённые силы Армении (тем более что другие направления надежно прикрывает российская база в Гюмри). И Артак Давтян, тогда начальник оперативного управления Генерального штаба ВС, а сегодня — глава армянского генштаба, прямо заявил журналистам, что в рамках учений были смоделированы ракетные удары по военным и экономическим объектам условного противника. А затем уточнил: «Намеченными нами целями будут военные и экономические объекты, в частности, нефтяные и газовые инфраструктуры – энергоносители, которые влияют на экономику». Проще говоря, в ходе учений уже отрабатывали удары по нефтяной инфраструктуре Азербайджана. А в 2016 году, на фоне апрельских боев, когда уже стало понятно, что провокация проваливается, некий неназванный источник в командовании армянского оккупационного корпуса, который в самой Армении упорно именовали «армией Нагорного Карабаха», озвучивал в беседе с журналистами прямые угрозы: «Предупреждаем, что мы готовы ударить по нефтяным коммуникациям с использованием систем Искандер, Скад-В, Точка-У". Можно, конечно, представить себе, что все эти игры с огнём вблизи трубопроводов были исключительно идеей армянской верхушки. Но…в 2011 году защиту Армении от зловредного «западного альянса», который транспортирует нефть в обход России, отрабатывали в рамках совместных учений ОДКБ под руководством генсека этой организации Николая Бордюжи, известного своими симпатиями к Армении. Можно, конечно, отмахнуться: 10 лет прошло, да и Бордюжа пост генсека давно покинул. Но вот назвать «ереванскими фантазиями» российские военно-транспортные самолеты, которые еще с лета 2020 года доставляли в Армению оружие то под видом «стройматериалов», то — «гуманитарной помощи», уже не получится списать ни на пристрастия Бордюжи, ни на фантазии Саркисяна и Давтяна. И тем более дает пищу для размышлений шпионский скандал в Болгарии, о котором уже рассказывал Minval.az - тогда, напомним, в этой стране были арестованы несколько человек по обвинению в шпионаже в пользу РФ, и им, в числе прочего, поручалось собирать сведения о конфликте в Нагорном Карабахе. Болгария к этому конфликту имеет весьма опосредованное касательство, но в Софии приобретают азербайджанский газ. И вот это точно не больные фантазии ереванской верхушки. Другое дело, что война пошла не по плану. И Азербайджан, вышвырнув оккупантов, еще и обезопасил свои трубопроводы, а в декабре, как и планировалось, запустил свой Южный газовый коридор — один из крупнейших инфраструктурных проектов сегодняшней Европы. Где, как напоминал президент Азербайджана, в тех странах, куда поступает азербайджанский газ, никто не мёрзнет. А вот кого в результате успешного азербайджанского экспорта газа прошибает холодный пот — это уже другая тема. Нурани

«Турецкие страхи» российского истэблишмента

Рамзан Кадыров, глава Чечни и, как он сам себя называет, «пехотинец Путина», в очередной раз попал в новости. Рамзан Ахматович напустился на…президента Турции Реджепа Тайипа Эрдогана. Как поясняют в СМИ РФ, 10 декабря в городе Керфез на северо-западе Турции открыли парк имени Джохара Дудаева, первого президента Чечни, который и провозгласил ее независимость. Более того, выступавшие на открытии представители местных властей назвали Дудаева символом борьбы за свободу. Рамзану Кадырову это сильно не понравилось. И он в своем ТГ-канале обвинил турецкие власти в «укрывательстве террористов»: «Открыто обращаюсь к президенту Турции Реджепу Тайипу Эрдогану: определитесь! Либо вы получаете статус государства, публично поддерживающего террористов, либо выступаете за прозрачные и честные отношения с Российской Федерацией, не меняя своих убеждений за ее спиной», — цитируют РосСМИ Кадырова, который пригрозил, что Чечня оставляет за собой право на ответные действия, пока в Турции получают убежище «разыскиваемые бандиты и отморозки», которые «открыто устраивают сборища и мероприятия по переименованию парков именами террористов, причастных к гибели тысяч мирных граждан», и добавил, что в качестве логичного зеркального ответа на действия Турции чеченские власти могли бы увековечить в Грозном имя Абдуллы Оджалана. Здесь, конечно, надо бы напомнить господину Кадырову, что именно его «пехотинцев» задерживают во многих странах, включая Турцию, по обвинению в политических «заказных» убийствах, так что по поводу покровительства террористам ему лучше воздержаться от громких заявлений. Тем более на фоне обещания назвать в Грозном парк именем главаря террористической группировки РКК Абдуллы Оджалана. Можно, конечно, поиронизировать, что Кадыров, дескать, задал нелегкую задачку Кремлю. Где теперь надо и от его заявлений откреститься, и властям Турции недовольство высказать. Пресс-секретарь президента РФ Дмитрий Песков, отметив, что Москва довела до сведения Анкары свое неодобрение, заявил журналистам по поводу слов Кадырова: «Это весьма и весьма эмоциональная, но объяснимая реакция главы российского региона, который пережил несколько войн, <...> которые были спровоцированы, начаты террористами, которые пытались взять под контроль этот регион России». МИД РФ высказался куда жёстче. По словам Марии Захаровой, открытие парка имени лидера чеченских сепаратистов, президента самопровозглашенной Чеченской Республики Ичкерия Джохара Дудаева в Турции противоречит духу российско-турецких отношений и взаимовыгодного сотрудничества, и Москва надеется, что эти сигналы Анкара воспримет со всей серьезностью. По ее словам, попытки увековечить имя Джохара Дудаева «недопустимы и требуют, безусловно, самого решительного осуждения всем международным сообществом - мы должны быть здесь едины. Они напрямую противоречат духу российско-турецких отношений и в том числе взаимовыгодного сотрудничества". Только вот вряд ли слова Кадырова действительно представляли собой исключительно «эмоциональную реакцию». И не так уж важно, на чьей стороне был его покойный отец во времена Дудаева. Просто «пехотинец Путина» вряд ли позволил бы себе «наскакивать» на Эрдогана без соответствующей «отмашки» Кремля. Особенно с учетом «особых отношений» Москвы и Анкары. И вот тут уже, прежде всего, изрядную пищу для размышлений дают новости с украинского трека. СМИ накануне распространили сенсационную новость: Турция может принять участие в натовской операции на Донбассе, а возможно, что и возглавить ее. Во всяком случае, журналистам стало известно о разработке Западом варианта переброски специального военного соединения численностью 35-40 тысяч на базе Сил быстрого реагирования НАТО (NRF), а в качестве основы рассматривается Объединенная оперативная группа повышенной готовности (VJTF). Члены НАТО поочередно командуют VJTF, и в 2021 году командование находится у Турции. В эти утечки можно, конечно, верить или не верить. Но о том, что ради хороших отношений с РФ в Анкаре не станут жертвовать отношениями с Украиной, в Турции предупредили вполне официально. Выступая на заседании Академии международной безопасности в режиме видеоконференции, глава МИД Турции Мевлют Чавушоглу обрушил на Кремль впечатляющий «холодный душ»: «Конфликт Россия-Украина и Россия-НАТО достигли опасных масштабов. То, что у нас с Россией всеобъемлющие отношения, не означает, что мы будем игнорировать наши принципы и близкие отношения с Украиной". На фоне поставок Украине «Байрактаров», пристального внимания Турции к положению крымских татар и неоднократных заявлениях, что Анкара не признает аннексии Крыма, слова Чавушоглу получают понятное прочтение. С учетом той роли, которую играет Турция на Чёрном море и в таком вопросе, как пропуск в Чёрное море кораблей стран-членов НАТО, не имеющих туда собственного «выхода» — тем более. Но, возможно, не меньшую пищу для размышлений дает еще одна новость. По информации «Анадолу», в Хакасии при проведении съёмок задержаны редакторы турецкого издания GZT Назгюль Кенжетай и Эмин Карачак. Они, как уточняется, снимали документальный фильм о жизни тюркских общин в России. Журналистов задержали 16 декабря, вещи конфисковали, отснятые материалы уничтожили. Журналистов должны депортировать, но с 16 по 24 декабря они находились в Абаканском изоляторе временного содержания для иностранных граждан. По последним сообщениям, суд все же постановил выпустить их из-под стражи, и журналистам, скорее всего, будет позволено покинуть пределы РФ самостоятельно. Но сам факт их задержания именно сотрудниками центра «Э» по противодействию экстремизму, обвинения в шпионаже и распространении ислама (притом что хакасы — тюрки, но не мусульмане), и, наконец, утверждения, что турецкие журналисты «ведут антироссийскую пропаганду» и «пытаются показать, что тюркские народы живут в тяжелых условиях под российским руководством» — все это дает изрядную пищу для размышлений. Тем более что Кенжетай и Карачака уже задерживали на Алтае и в Якутске. Правда, тогда после выплаты штрафа отпустили, но вот в Хакасии дело приняло серьёзный оборот. А это уже повод вспомнить, как нервно в российском истэблишменте среагировали на ту самую карту Тюркского мира, которую глава МНР Девлет Бахчели подарил президенту Турции Реджепу Тайипу Эрдогану. Дмитрий Песков, который, напомним, знает турецкий язык, долго работал в Турции и, судя по всему, является неофициальным ответственным лицом за турецкое политическое направление, комментируя появление этой карты, напомним, заявил, что считает нормальным «пестование» Анкарой идей тюркского мира, а затем добавил: «Единственное, могу сожалеть, что на карте все-таки не стоит большая красная звезда в центре тюркского мира. Он не в Турции, он на территории Российской Федерации, на Алтае — в том священном месте для любого тюрка, откуда они и пошли родом. Это я как тюрколог говорю». Но, как показывает задержание турецких журналистов именно в Хакассии, та подаренная Эрдогану карта Москву изрядно напугала. Возможно, это еще не доказательство для суда, что задержание ректора Казанского университета Ильшата Гафурова — звено той же цепи, тем более что обвиняют Гафурова не в экстремизме, а в причастности к заказному убийству. Но в РФ, судя по всему, уже начинают осознавать реальный риск, скажем так, дезинтеграционных процессов. Во всяком случае, Путин, поздравляя около недели назад своих бывших коллег по спецслужбам с Днём чекиста, назвал экстремизм «главной угрозой единству России». До последнего времени самым «неспокойным» регионом здесь считался Северный Кавказ, но теперь, похоже, в фокусе внимания уже тюркоязычные регионы. Только вот дело в том, что репрессии — не самый надёжный способ удержать единство страны. Нурани