Hacıqabul sakinindən tüfəng götürülüb
Hacıqabul rayon sakinində müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Minval.info-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

