Hacıqabulda çoban intihar edib
Hacıqabulda intihar hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qızılburun kəndində qeydə alınıb.
Hənin kənddə yerləşən fermalardan birində çoban işləyən 1988-ci il təvəllüldlü Qaçayev Şahin Feyruz oğlu özünü asaraq intihar edib. İntiharın səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

