Hacıqabulda yol qəzası, 7 yaralı – Foto
Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
Minval.info Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
2025/11/19 14:22

