Hadi Rəcəbli: “Ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur”
“Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur, bura digər saytlar da daxildir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: “Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

