Hadi Rəcəbli: “Varlı məmurlara neqativ münasibət həsəddən doğur”
Milli Məclisin deputatı Hadi Rəcəbli “Kulis”ə geniş müsahibə verib.– Ümumiyyətlə, məmurlara, dövlət adamlarına xalq arasında, qələm adamları arasında niyə həmişə neqativ münasibət olur?
– Bu fikir əski dövrlərdən, sinifsiz deyilən cəmiyyətlərdən qalıb. Sovet dövründə bir az imkanı olan adama necə baxırdılar? Düşmən kimi. Bu, bazar iqtisadiyyatı dövründə ən yanlış metoddur. Məsələn, Amerikada əksinədir, imkanı olan adamları təbliğ edirlər ki, baxın, görün halallıqla o necə pul qazanıb.
– Amerikada kapitalist sistem idi, bizdə sosializm, xüsusi mülkiyyət yox idi.
– 29-cu ildə Amerikada necə keçid olub, xəbərin var? Qanqsterlərin pulu üzərində kapitalizm yaradılıb. Yəni Amerikanın təməli bu cür qurulub. Sənin dediyin adamlara neqativ münasibət həsəddən, cəmiyyətdə olan nöqsanları o adamlarda görməkdən yaranır. Biz hazırda bu neqativlərin qarşısını almaq istəyirik. Siz özünüz də görürsünüz ki, nə qədər dəyişikliklər olub. Dünyada analoqu olmayan “Asan xidmət” sistemi yaradılıb. Sadəcə təəssüf ki, bizdə sahibkar ətrafında pis fikir formalaşdırılıb.
Minval.İnfo

