Hakimiyyət Talıbovun taleyini belə həll edəcək – Fazil Mustafa ilə “Canlı debat”

Naxçıvanda həbslər muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun da vəzifəsini itirə biləcəyi haqda iddialar ortaya çıxarıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib. Bu barədə TV Müsavat-ın canlı efirində Bədrəddin Quliyev məlumat yayıb. Bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb. Təsdiqlənməmiş məlumata görə, Naxçıvan rəhbərliyinin istefasından daha çox, onun kimlə əvəz edilə biləcəyi ilə bağlıdır.

Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri muxtar respublikada ali vəzifəli şəxsidir. Ali Məclis 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər. Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Naxçıvan Ali Məclisinin sədri bu qanunverici orqan tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. Yaşı 30-dan aşağı olmayan, muxtar respublikanın ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Ali Məclisi hər bir deputatı sədr seçilə bilər.
Konstitusiyaya görə, sədr Naxçıvan Ali Məclisi tərəfindən geri çağırıla bilər. MR Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclisin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir. Afiyəddin Cəlilov, Heydər Əliyev, Namiq Həsənov və Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyirb. Vasif Talıbov mütləq vəzifəsindən kənarlaşdırılmalıdır. Bütün bu pozuntulara ən azından göz yumduğuna görə məsuliyyət daşıyır. Mümkün deyil ki, Ali Məclisin sədri muxtar respublikanın nazirliklərində baş verən bu qədər böyük miqyaslı qanunsuluqlardan xəbərsiz olsun. Araşdırmalar davam etdikcə bütün bu qanunsuzluqların kökü gedib Ali Məclisin sədrinə çıxacaq. Ona görə də Vasif Talıbovun vəzifəsindən kənarlaşdırılması gündəmə gəlib. Bəs Vasif Talıbovun Ali Məclis sədrliyindən istefa ərizəsi yazdığı iddiaları nə qədər realdır? Hakimiyyətin real namizədi varmı? Naxçıvan spesifik bölgədir və bur hansısa rayona icra başçısı təyinatına bənzəməz. O səbəbdən Talıbovun kreslosunda qala biləcəyi fə ehtimalılar sırasındadır.

 

CANLI

Nəşr edilib: 2022/12/08 11:41

Baxış:32


XƏBƏR LENTİ

2024/05/18 12:16

2024/05/17 13:58

2024/05/14 16:02

2022/12/08 11:41

2024/05/07 16:08

2024/05/07 16:05

2024/05/04 14:37

2024/05/04 14:34

2024/05/03 17:15

2024/05/03 11:02

2024/05/02 17:16

2024/05/01 17:48

2024/04/29 12:39

2024/04/29 12:37

2024/04/26 14:39

2024/04/24 11:54

2024/04/19 14:24

2024/04/19 14:22

2024/04/19 14:13

2024/04/19 12:45

2024/04/19 12:42

2024/04/19 12:40

2024/04/19 12:39

2024/04/19 12:25

2024/04/19 12:18

2024/04/19 12:13

2024/04/19 12:10

2024/04/19 12:09

2024/04/19 12:08

2024/04/13 12:09

2024/04/10 14:45

2024/04/10 14:39

2024/04/09 17:34

2024/04/06 13:30

2024/04/06 13:28

2024/04/05 14:27

2024/04/05 13:50

2024/04/02 10:59

2024/04/02 10:50

2024/04/01 11:23

2024/03/30 10:52

2024/03/29 13:46

2024/03/27 10:03

2024/03/26 18:05

2024/03/26 17:41

2024/03/26 13:27

2024/03/26 11:26

2024/03/26 11:15

2024/03/20 15:30

2024/03/19 15:50