Əhalinin NƏZƏRİNƏ: Bakıda və Abşeron rayonunda su kəsiləcək
Bakının Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Abşeron, eləcə də paytaxtın Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə minval-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

