Haluk Levent azərbaycanlı Şura üçün yardım istədi – FOTO
Türkiyənin məşhur müğənnisi Haluk Levent azərbaycanlı Şura Nadirovanın sağalması üçün Bakıda konsert vermək istəyir.
Musavat.com xəbər verir ki, o bu haqda sosial şəbəkədə yazıb. Levent xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Şura üçün azərbaycanlılara səslənib:
“Şuranın 22 yaşı var, xərçəng xəstəliyindən əziyyət çəkir. 400 min lirəyə ehtiyac var. Türkiyə vətəndaşı olmadığına görə burada Şura üçün konsert verə bilmirəm. Azərbaycanın dövlət nümayəndələrinə səslənirəm. Bakıda dinləyicim çoxdur. Biletli konsert təşkil etsinlər, qazandığım pulu Şuranın sağalmasına xərcləyim”.
Sura Nadirova
Lenfoma kanseri 22 yaşında
TC vatandaşı olmadığı için valilik izni yok.
400 bin Tl’ye ihtiyaç var.
Azerbaycan devlet yetkililerine sesleniyorum.
Bakü’de çok dinleyicim var.
Biletli konser ayarlayın toplanan parayı Sura için harcayalım.
Kardeşliğimizi pekiştirelim!❤️ pic.twitter.com/1ODLbh7gt0— Haluk Levent (@haluklevent) September 30, 2019

