Hamburgda anti-faşist aksiyalar keçirilib
Hamburgda 10.000 nəfərə yaxın nümayişçi anti-faşist şüarlarla aksiya keçirdiblər. Kütlə şəhərdəki sağçıların əksinə “Xoş gəlmisiniz qaçqınlar” pankartları ilə şəhər meydanında toplaşıb.
Minval.İnfo xəbər verir ki, anti-faşist etirazçı dr. Martin Buxvald çıxışında: “Faşizm getdikcə ölkədə hakim təbəqəyə çevrilir. Biz sivil toplum təşkilatları olaraq, ölkəmizdə demokratiyanın güclü olduğunu göstərməliyik” deyib.
Keçdiyimiz günlərdə, sağçı təşkilatların üzvləri, bir alman vətəndaşının immiqrantlar tərəfindən öldürülməsinə etiraz nümayişi keçirərkən polislə münaqişəyə girib.
Qeyd edək ki, alman vətəndaşının ölümü ilə nəticələnən hadisədən sonra təqsirkar 2 immigrant saxlanılıb.
Emil
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

