“Hamısı məhv ediləcək, Moskva isə tamamilə yanacaq…”– Politoloq danışıb
Əgər Kremldə qərara gəlsələr ki, Kiyevdə «qərar qəbul edən mərkəzlərə» zərbə endirsinlər, bu, nümayişkəranə addım və ukraynalıların təşkilatçılığını pozmaq cəhdi olar.
Bu fikri politoloq və iqtisadçı Oleq Soskin səsləndirib («Qlavred»).
Onun sözlərinə görə, Ukrayna hakimiyyətindəki personlar əhəmiyyət kəsb etmirlər – Prezidenti qiyabi olaraq, qanuni qaydada parlament başçısı, Baş nazir, USQ baş komandanı və s. əvəzləyə bilər.
«Kremldə anlamadılar ki, «maşın» artıq öz ömrü ilə yaşayır və o, artıq elə həyat qabiliyyətlidir və döyüş qabiliyyətlidir ki, özü ani olaraq, başını dəyişir, birini kəsirlər – ikisi meydana gəlir, ikisini kəsirlər – dördü baş qaldıracaq, daha yaxşısı isə kəsilmiş baş peyda olacaq… Maşının özünü artıq məhv etmək omaz» – Soskin deyib.
Ekspert izah edir ki, ukraynalıları artıq sındırmaq mümkün deyil. Putin bu «maşını» məhv edəcəyini düşünüb, amma yekunda onu daha güclü edib.
«Hər bir zərbə ona gətirir ki, sistem güclü və aqressiv olur. Putin anlamır ki, onun «xoş məramlı jesti» üçün sonuncu şansı qalır ki, Ukrayna ərazilərini tez azad etsin. Belə ki, o zaman Putin heç olmasa nəyi isə əldə saxlaya bilər. Əgər ki, Putin Ukraynaya taktiki nüvə zərbəsi endirsə, Rusiya hakimiyyətində heç kim xilas ola bilməyəcək – onlar hamısı məhv ediləcək, Moskva isə tamamilə yanacaq» – Soskin proqnoz edir.
O, əlavə edib ki, Ukraynaya endirilən hər bir zərbə düşmənə qəzəbi artırır.

