Hamıya “xəstəyəm” deyib pul yığdı, tətilə çıxdı – FOTO
Avstraliyada xərçəng xəstəliyinə tutulduğunu deyərək ailəsi və dostlarından minlərlə dollar toplayan qadın 3 aylıq həbs edilib.
Minval.info xəbər verir ki, 24 yaşlı Hanna Dikenson xərçəng olduğunu deyərək müalicəsi üçün 31 min dollar toplayıb.
Əslində xəstə olmayan Dikenson bu pulu tətilə və əyləncəyə xərcləyib. Hər şey isə “Facebook” sosial şəbəkəsində paylaşdığı tətil fotolarından sonra üzə çıxıb.
Məhkəmə prosesində fırıldaqçının vəkili “həyatını tamamilə dəyişib ona görə də həbs edilməməlidir” desə də, hakim bu cür halların çoxalmaması üçün lazımi cəzanın verilməli olduğunu vurğulayıb.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22



