Hava şəraiti ilə bağlı nazirlikdən – Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarıdan başlayaraq şimal-qərb küləyinin 18-23 m/s olacaq, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi gözlənilir. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağaçağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yağışın yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir, sentyabrın 21-də isə bəzi Kür vadisi rayonlarda arabir 35-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə, Vacib

Nəşr edilib: 2019/09/20 16:48

Baxış: 3190


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06