Havada toz dumanı müşahidə olunur

Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən ” MİNVAL.İNFO”a verilən məlumata görə, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.
Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

