“Heç kəs bir il ərzində həyatın normala dönəcəyini gözləməməlidir”
“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirusun nə vaxt bitəcəyini dünyada heç kim bilmir: “Mən də bunu bilmirəm. Bu, yeni bir xəstəlikdir, hələ yeni öyrənirik. Amma növbəti bir il ərzində də bu virusu həyatımızda hiss edəcəyik”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir:
“Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

