“Heç kimin qabağından qaçan oğlan olmamışam” deyib, mübahisə etdiyi adamı bıçaqlayıb – Sonra isə barışıblar

“Heç kimin qabağından qaçan oğlan olmamışam”- “Cəbişxana”dakı cinayət işi

Yeyib-içdikdən sonra adam bıçaqlayan şəxsə hökm oxunub.

Minval.İnfo musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1990-cı il təvəllüdlü Əlişanov Buğday Davud oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hadisə 2017-ci ilin 24 iyulunda Şabran rayonu Pirəbədil kəndində baş verib. Buğday Əlişanov həmkəndlisi Tural Məmmədovu bıçaqlayıb.

İttihama görə, B.Əlişanov qardaşı Seyidağa Əlişanovla kənddəki “Cəbişxana” kafesində yeyib içirmişlər.

Bu zaman kafedə digər masada həmkəndliləri Tural Məmmədov, tanışları Sənan, Saleh və Mənsur da çay içirmişlər. Buğdayın qardaşı Seyidağa yan masadakı Mənsuru yanına çağırıb.

Mənsur isə “sözün varsa, özün gəl” deyə ona cavab verib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Buğday qardaşı Seyidağanı da götürərək kafedən uzaqlaşıb.

Bir neçə dəqiqə sonra Əlişanov qardaşları kənddə Tural Məmmədov və kafedə onunla birlikdə əyləşən şəxslərlə yenidən rastlaşıblar.

Bu zaman Buğday Əlişanov həmin şəxslərə yaxınlaşaraq “Kimsə mənim arxamca danışa bilməz. Mən heç kimin qabağından qaçan oğlan olmamışam” deyib və onlar mübahisə etməyə başlayıblar.

Tərəflər bir-birinin ünvanına söyüşlər söyüblər və əlbəyaxa olublar. Buğday Əlişanov cibində olan bıçağı çıxararaq Tural Məmmədova zərbə endirib.

Məhkəmədə təqsirləndirilən şəxs Buğday Əlişanov ittihamda yazılan kimi, zərərçəkmiş Tural Məmmədov isə eyni məzmunlu ifadə verib. Tərəflər arasında barışıq da olub.

Buğday Əlişanov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal

Nəşr edilib: 2018/01/22 14:11

Baxış: 601


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06