“Heç vaxt ikinci dəfə evlənmərəm” – Murad Arif
Bəstəkar-müğənni Murad Arif 7 il ərzində karyerasına xərclədiyi məbləği açıqlayıb.
Minval.info xəbər verir ki, MTV Azərbaycanda yayımlanan Lamiyə Balacayevanın təqdimatında yayımlanan “Üzə-düz” verilişində qonaq olan sənətçi bildirib ki, 7 il ərzində sənətinə yarım milyon xərcləyib:
“2014-cü ildə mənim “həyat yoldaşımsan” adlı solo mahnım və klipim çıxdı və 7 ilə yarım milyona yaxın pul xərcləmişəm. Ona görə yarım milyondur, çox deyil? Çünki söz və musiqisini özüm yazıram”.
O, şou-biznes anlayışdan diksinən həmkarlarını qınayıb: “Bəlkə də, “Tik-tok”, “İnstagram” dönəmində çıxıb, meymunluq eləyib tutmaq olur. Amma səni meymunluğuna görə çağıracaqlarmı? Axı səni ifana görə dəvət edirlər. Aktyor nəyə görə aktyordur? Rollarına görə. Ifaçı nəyə görə ifaçıdır? Repertuarına görə. Ona görə qazanmaq üçün, “Tik-tok” və “İnstaqram”da meymunluq eləmək azdır. Bizdə bəziləri deyir, mənə şou-biznes deməyin! Şou və biznes sözündən niyə belə diksinirsiz? Bizim təltifetmə gecələrimizi “Oskar” ilə müqayisə edə bilərikmi? Yox! Bizim müğənnilərin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərikmi? Yox! Heç kimi qınamıram, industriya, avadanlıq, ortaya qoyulan pullar belədir”.
Murad Arif bugünkü boşanmalardan da danışıb: “Çünki insanlar daha az dözmək istəyir. Insanlar daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə ayağını qır otur döz, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz. Döz-döz deyə-deyə psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs bunun nəyi yaxşıdır? Iki insanda alınmırsa, ayrılmaq daha yaxşıdır. Düzdü, boşanma tərəfdarı deyiləm, övladlar da var”.
Ailəsinin önəmini vurğulayan müğənni, evliliyin bir dəfə olmalı olduğunu qeyd edib:
“Mənimçün dost, karyera faktoru, yer kürəsində ailədən sonra gəlir bütün faktorlar. Ailə mənim vətənimdir. Mən ailəmin içində hüzur tapıram. Mən ailəmin içində özüməm. Rahatam, sərbəstəm, azadam. Mən ölərəm ailəsiz! Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Həyat yoldaşım çox ciddi bir ailənin övladı idi. Mən də sənət dünyasından bir adam. Ona görə tərəddüdlərim var idi ki, görəsən bu iş alınarmı? Böyüklərinin böyüklüyüdür ki, ünsiyyət zamanı anladılar ki, qarşılarındakı boş adam deyil. Elçilikdə heç bir problem yaşanmadı. Onun bütün qohumları Bakıda yaşayır, təkcə öz ata-anası İsveçdə. Anamgil gedib ailəsi ilə tanış oldular. Heç vaxt ikinci dəfə evlənmərəm. Belə qlobal məsələlərdə mən qədərə, qismətə inanmaram! Düzdü, belə bir ifadə var, heç vaxt heç vaxt demə. Amma evlilik yalnız 1 dəfə! Bu mənimçün birdəfəlik həll olunmuş mövzudur!”

