Hikmət Hacızadə: “Zelenski bic adamdır…”

“Ukrayna üçün nikbinəm, orada xalqın varlığını görürəm”

Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə “Yeni Başlayanlar üçün Siyasət” adlı uşaq kitabı hədiyyə edilib. Hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab sərgisində verilib. Zelenski hədiyyədən narahat olmayıb, məmnunluq hissi ilə kitabı qəbul edib və gülümsəyərək zarafatla cavab verib.

Hələ ki idarəçilik təcrübəsi olmayan gənc prezident belə hadisələrlə diqqət mərkəzinə gəlir. O, keçmiş televiziya həmkarlarını yanına toplayır, populist çıxışlar edir, şou xarakterli addımlar atır.

Bəzi analitiklərin fikrincə, Ukraynada “dərin dövlət” var və ölkəni pərdəarxasında Zelenskini iqtidara gətirən oliqarx İqor Kolomovski və daxili işlər naziri Arsen Avakov idarə edir.

Şoumen prezidentin Rusiya siyasətində də xüsusi fəaliyyət planı yoxdur. Təbii ki, ona möhlət verilməlidir və ən əsası parlament seçkilərindən sonra Ukraynada nələrin dəyişəcəyi bilinəcək.

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Zelenskinin zəif fiqur olması haqda fikrə gəlmək doğru deyil: “Çünki o, tək deyil və yan-yörəsində çox güclü adamlar, oliqarxlar var. Ən əsası Kolomovski onun arxasındadır. Kolomovskinin arxasında isə İsrail dayanıb. İsrailin arxasında isə Qərb var”.

Analitikin fikrincə, Ukrayna artıq demokratik dövlətdir: “Bu ölkədə daha kimsə avtoritarlıq edə, xalqı əzə bilməz. Yəni pis – yaxşı parlament var, etiraz edən bir xalq var. Yəni Ukrayna demokratiya yolunda relsə düşmüş ölkədir.

Hətta Ukraynada rəhbər qəfil xəstələnsə belə, sülh yolu ilə proseslər həllini tapacaq, yeni prezident seçiləcək. Bu mənada Ukraynanın gələcəyi ilə bağlı çox optimistəm”.

H.Hacızadə Kolomovski və Avakov kimi güclü fiqurların Ukraynanın idarəçiliyində təsirini istisna etmir. Onun fikrincə, bundan sonra Zelenski islahatlar aparacaq.

“Zelenski bic adamdır. O, Poroşenkoya baxanda yumşaq görünür. Yəni bağıra-bağıra müharibə edəcəyini demir. Eyni zamanda Ukrayna dilinin rusdilli regionlarda yayılmasını zorla tətbiq etmir. Əksinə, bu məcburiyyəti tətbiq edən qanuna təzədən baxacağını söyləyib və o təbəqəni sakitləşdirib. Bu ölkədə rusdillilər əhalinin yarısıdır, Ukrayna dilində bilmirlər. Bir tərəfdən də Zelenski yəhudidir və ifrat milliyyətçi deyil. Bu da ona imkan verir ki, aqressiv siyasət aparmasın. İndi çoxları dilə gətirmir, amma Zelenski seçkidə rusdillilərin səsini aldı. Ukraynada partiyalar işləyir, plüralizm var, inkişaf gedir” – deyə ekspert qeyd etdi.

Onun sözlərinə görə, bu müddətdə oliqarxlarla mübarizə gedəcək: “Poroşenko korrupsiyaya yol verib, dağıdıb. Ola bilər ki, Zelenski ona cinayət işi açılmasında tələsib. Amma Poroşenko da dinc durmayıb. Ümumiyyətlə, hər bir inqilabda belə dövrlər olur və Ukrayna üçün nikbinəm, orada xalqın varlığını görürəm”.

Siyasət

Nəşr edilib: 2019/05/25 13:19

Baxış: 256


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06