Hindistanda inanılmaz olay: cani 23 uşağı girov götürdü

O, polis tərəfindən öldürülüb, arvadını isə daş-qalaq ediblər

CNN-in yaydığı xəbərdə deyilir ki, Hindistanın Fərruxabad şəhəri yaxınlığındakı Kasaria kənd sakini olan Subhash Batham adlı cinayətkar saxta ad günü düzənləyib. Kənd uşaqlarını 1 yaşlı qızının “ad günü”nə dəvət edib.

23 uşağın toplandığı məclis tezliklə bütün Hindistanın diqqət mərkəzinə çevrilib. Belə ki, cinayətkar uşaqları girov götürdüyü bəyan edib və bildirib ki, hər bir uşağa görə 10 milyon rupi (140 min dollar) tələb edir. Əks təqdirdə uşaqları öldürəcək.
Yerli polis bildirib ki, Subhaş Batham dəfələrlə həbsdə olub, saxta “ad günü” tədbiri həyata keçirdiyi zaman isə o, qətl hadisəsinə görə şübhəli şəxs qismində istintaqa cəlb olunmuşdu.

Yerli rəsmilərlə Subhaş Batham arasında danışıqlar 8 saatdan artıq sürüb. Sonda o, sınayper tərəfindən öldürülüb. Polis bildirir ki, evdə aparılan axtarış zamanı çox sayda silah və partlayıcı maddə aşkar olunub. Həmin partlayıcı ilə Subhaş Batham 23 uaşağın olduğu evi havaya sovura bilərdi.

Polis Subhaş Bathamı zərərsizləşdirdikdən sonra evin yaxınlığında dayanıb uşaqlarına görə sarsıntı keçirən qadınlar caninin arvadına hücum ediblər. Bathamın arvadı qapını açdıqda əlində daş olan qadınlar onu daşa basıblar. Polisin müdaxiləsindən sonra ağır yaralar almış qadın xəstəxanaya çatdırılıb, lakin 2 saat sonra orada keçinib.

Elbəyi Həsənli, Sürix
Musavat.com

 

Hadisə

Nəşr edilib: 2020/02/01 16:15

Baxış: 91


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06