Hindistanlı qadın: “Mən yalnız oğulluğa götürdüyüm öküzülə yaşamağa razılıq verəcək insanla ailə quraram”
Hindistanda yaşayan 48 yaşlı Selvarani Kanaqarasu indiyədək evlənməməsinin səbəbini, evində oğlu kimi bəslədiyi Ramu adlı öküzü qəbul edə biləcək həyat yoldaşı tapa bilməməsi ilə izah edib.
Minval.İnfo xəbər verir ki, Selvarani hələ yeniyetmə olarkən babası və atasının “Jallikattu” yarışmalarına öküz bəsləmək sənətinin davamçısı olacağına qərar verib.
“Jallikattu” əsrlərdir Hindistanda populyar olan öküz döyüşdürmə sənətidir. Yarışın qaydasına görə, 10 kişi öküzün buynuzuna bağlanmış pulları açmalıdır. Amma yarışlara 2 ildir ki, heyvanlara qarşı zorakılıq tətbiq olunduğu iddia edilərək qadağa qoyulub.

Selverani deyir ki, Ramu 5 dəfə çempion olmaqla yanaşı, həm də Hindistanın vaxtı ilə çox populyar öküzü olub. Qardaşının ailə sənətini davam etdirmək və onu saxlamaq üçün kifayət qədər maliyyəsi olmadığından, Ramunun qeydinə Selverani qalmalı olur.

Ramu 18 yaşındadır və yarışlardakı dəlisovluğuna baxmayaraq çox mülayimdir. O artıq Selveranin evinin ayrılmaz parçasıdır. Selverani onu öz oğlu kimi sevir.
“Ramu mənim oğlum kimidir. O yarışlarda çox qələbə qazanıb, lakin hər şeydən əvvəl o ailəmizə şöhrət gətirib.” deyən Selverani bildirib ki, Ramu ilə yaşamağa icazə verməyən birisi ilə ailə qura bilməz.
Minval.İnfo


