“Hızır” haqda bilmədikləriniz

Sonuncu dəfə “Eşkiya dünyaya hükümdar olmaz” serialında rol alan aktyor Oktay Kaynarca barədə maraqlı məlumatlar yayılıb.
MİNVAL.İNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun ən sevdiyi aksessuarların saat və təsbeh olduğu üzə çıxıb. Kaynarcanın dəyəri 200 min lirə ilə 1 milyon lirə arasında dəyişən saat kolleksiyası var.
Onun ən böyük marağı isə retro avtomobillərədir. Aktyor köhnə nəqliyyat vasitələrini alıb təmir etdirir.
Oktay Kaynarca ruhunu sakitləşdirmək istədikdə isə xalq mahnısına qulaq asır.
Qeyd edək ki, aktyor ekran işində “Hızır” obrazını canlandırırdı.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

