Əhliman Əmiraslanovdan icbari tibbi sığorta ilə bağlı müjdə
“İcbari tibbi sığortanın 2020-ci ildə bütövlükdə həyata keçirilməsi realdır. Mərhələlərlə bütün ölkə ərazisində icbari tibbi sığortaya keçmək mümkün olacaq”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu fikirləri parlamentdə Tibbi sığorta haqqında qanun layihəsinin müzakirəsi zamanı söylədi. Ə.Əmiraslanov bildirdi ki, dövlət büdcəsi üzrə icbari tibbi sığorta üzrə adambaşına illik 90 manat müəyyən edilib. Sığorta olunanlar kateqoriyasına qaçqınlar da əlavə edilib. Komitə sədri layihənin konseptual baxımdan günün tələblərinə cavab verdiyini bildirdi. Ə.Əmiraslanovun sözlərinə görə, bu layihə tibbi xidmətlərin keyfiyyətinə də müsbət təsir edəcək.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də layihə barədə müsbət fikirlər söylədi.

