Əhməd Davudoğlu İsmayılovun cənazə namazında

Dünən gecə saatlarında İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbul, Floryadakı məsciddə cənazə namazı qılınacaq.
Axar.az-ın Türkiyədəki əməkdaşının verdiyi məlumata görə, mərasim Bakı vaxtı ilə saat 17:20-də baş tutub.
Etimad İsmayilovun ailə üzvləri, dostları, iş yoldaşları mərasimdə iştirak edir. Tanınmış müğənni Azərin də təziyyədə iştirak edənlər arasında olub.
Qeyd edək ki, Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva mərhumun nəşinin bu gecə Bakıya gətiriləcəyini və sabah saat 13:00-da Nardaranda dəfn olunacağını bildirmişdi.
Cənazə namazına hüquq-mühafizə orqanlarının xeyli sayda əməkdaşı cəlb edilib.
Publika.az-ın xəbərinə görə, mərasimi media təmsilçiləri yaxından izləyib.
Türkiyənin eks-baş naziri Əhməd Davudoğlu da mərasimə qatılıb.
Minval.İnfo



