Hotellərdə COVID-19 pasportu yoxlaması…

Qax rayonu ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb.
DİN-dən “Minval.info”ya verilən məlumata görə, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, hotellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb.
Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən, gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

