“Hraparak”: Tavuş bölgəsində Azərbaycana növbəti torpaq verməyə hazırlıq gedir
Hakimiyyət Tavuş bölgəsində alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara görə, artıq iş gedir.Minval.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Ancaq Sünikdə hətta çətin keçilən, mürəkkəb, lakin ən azı təmirə ehtiyacı olan alternativ yol var idisə, Tavuşun “mübahisəli” hissələrində yol sıfırdan, dağların arasından çəkilməlidir, bu da çətin bir iş və bahalı prosesdir.
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bu məlumatı təkzib etmədən bizə qeyri-müəyyən cavab verdi: “Ermənistanda nəqliyyat şəbəkəsinin inkişafı diqqət mərkəzindədir. Həm mövcud yolların təmiri, həm də yeni infrastrukturların qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Yol şəbəkəsinin sıxlığının artırılmasına ehtiyac olan ərazilərə xüsusi diqqət yetirilir. Ölkənin müxtəlif bölgələrində yeni marşrutların açılması ilə bağlı araşdırmalar aparılır”, – qəzet yazır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

