Hülya Avşar film afişası üçün çılpaq soyundu – FOTO
Türkiyəli məşhur aktrisa Hülya Avşar yeni filminin afişası üçün çılpaq şəkil çəkdirib.
Minval.info xəbər verir ki, Hülya Avşarın ssenarisini yazıb, rejissorluğunu etdiyi və təkcə özünün oynadığı “Selfie” filminin 27 apreldə izləyicilərə təqdim edilcəcəyi gözlənilir.
54 yaşlı cazibədar aktrisa şəxsi “İnstagram” hesabından “Sinemalarda” başlığı ilə bu iddialı fotonu paylaşıb.
Film avtobioqrafik xarakter daşıyır və Avşarın qalmaqallara səbəb olan Kaya Çilinoğlu ilə olan evliliyi barədə də sirləri özündə birləşdirir.

Köhnə həyat yoldaşı Kaya Çilingiroğlu və onun Hülyaya xəyanət etməsinə səbəb olan Feraye Tanyolaçın filmdə çox əməyi keçdiyini deyən Hülya Avşar “filmin sonunda Kayaya təşəkkür edirəm”- deyə vurğulayıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22



