Hüseyn Xəlilov Rusiyada qızıl medal qazandı – VİDEO
Azərbaycanlı gimnast Rusiyada qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, Rusiyanın İdman Gimnastikası Federasiyasının təşkilatçılığı ilə II Ümumrusiya çempionatı “Gimnastika Liqası” keçirilib.
Avqustun 23-dən 25-dək davam edən yarışda həmyerlimiz Hüseyn Xəlilov da iştirak edib. İdman gimnastikası üzrə çıxış edən Hüseyn bütün rəqiblərini üstələyib və I yerə layiq görülüb. Qızıl medalın sahibi olan idmançı Azərbaycanı uğurla təmsil edib.
Xatırladaq ki, Hüseyn Xəlilovun şəxsi məşqçisi idman gimnastikası üzrə üçqat SSRİ çempionu Zakir Mehdiyevdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

