Hüseyn Əzizoğlunun “Niva”sı cərimə meydançasına aparıldı – FOTO
Bakı şəhər yol polisi tanınmış videobloqer Hüseyn Əzizoğluna məxsus “Niva” markalı avtomobili müvəqqəti duracağa aparıb.
Minval.İnfo xəbər verir ki, buna səbəb kimi vaynerin avtomobilin zavod konstruksiyalarında böyük dəyişikliklər etməsi göstərilib.
Maşında qadağan olunmuş ksenon lampalar, “Niva” markalı avtomobilə uyğun olmayan işıqlar və əlavə “stop”lar, eləcə də, qanunsuz tüninq, səsgücləndiricilər və digər avadanlıqlardan istifadə olunub.
Minval.info-ya danışan Hüseyn Əzizoğlu bildirib ki, avtomobilini yolun kənarında saxlayıbmış: “Sonradan xəbər tutdum ki, maşını müvəqqəti duracağa aparıblar. Qanuna əməl etməliyik”.
Minval.İnfo

XƏBƏR LENTİ
2025/11/19 14:22


