“Hyundai” dərəyə yuvarlandı, yaralılar var – Fotolar
Göyçayda “Hyundai” markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2 kilometrliyində, rayonun Qaraməryəm kəndi ərazisində baş verib. İsmayıllıdan Göyçay istiqamətində hərəkət edən “Hyundai” markalı minik avtomobili, yoldan çıxaraq, dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
2025/11/19 14:22

