I MDB Oyunlarında Azərbaycan komandasının bayraqdarı açıqlanıb

Kazanda keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.
“Minval.info”un məlumatına görə, bu yunan-Roma güləşçisi Həsrət Cəfərov olacaq.
Qeyd edək ki, Həsrət Cəfərov ötən həftə Rusiyanın digər şəhəri – Ufada keçirilən gənclərin dünya çempionatının finalında erməni rəqibinə (67 kq) qalib gələrək qızıl medal qazanıb
I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

