8 yaşlı qızı kahinlər zorlayıb, sonra da …
Hindistanda hər kəsin qanını donduracaq cinayət baş verib.
Minval.İnfo xəbər verir ki, Asifa Bano adlı 8 yaşlı qız 1 həftədən çoxdur ki, itkin düşüb. Bundan bir neçə gün sonra isə onun meyiti meşəlikdə tapılıb. Meyit üzərində aparılan ekspertizaların nəticələrinə görə balaca qızın təcavüzə məruz qaldığı məlum olub.
Cinayətdən şübhəli bilinən 8 nəfər istintaqa aparılıb. İstintaq zamanı cinayətin qorxunc təfərrüatları ortaya çıxıb.
Məlum olub ki, qətl törədənlər qızı qaçırıb ibadət yerində 3 gün təcavüz ediblər.
Buradakı kahinin də təcavüz edənlərə qoşulduğu məlum olub. Cinayətkarlardan biri qızı öldürmək istəyəndə, digəri onun qarşısını alaraq hələ onunla işinin davam edəcəyini bildirib.
Qeyd edək ki, bu səkkiz nəfərdən dördü polis əməkdaşıdır.
Minval.İnfo


