İbrahim Tatlısəs deputat olmaq üçün namizəd oldu

“İmperator” ləqəbli müğənni İbrahim Tatlısəs 24 iyunda keçiriləcək parlament seçkilərində deputatlıq üçün namizədliyini irəli sürüb.
Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, daha öncə üç dəfə Şanlıurfadan namizədliyini irəli sürən 66 yaşlı ifaçı bu dəfə İzmirdən şansını yoxlayacaq.
Tatlısəsin köməkçisi Şulə Çınlama müvafiq sənədləri Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir nümayəndəliyinə təqdim edib.
Qeyd edək ki, Tatlısəs ötən il İzmirə köçüb və burada yaşamağa başlayıb.

XƏBƏR LENTİ
2025/11/19 14:22

