İbrahim Tatlısəsin doğulduğu mağara muzeyə çevrilib
İbrahim Tatlısəsin Türkiyənin Şanlıurfa şəhərində doğulduğu mağara muzeyə çevrilib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mağara bərpa olunaraq muzey kimi fəaliyyət gösətərəcək. Muzeyin açılışında müğənni İbrahim Tatlısəs də iştirak edib. O, mağarada doğulması ilə fəxrr etdiyini bildirib: “Ailəmin maddi vəziyyəti pis olduğu üçün mağarada yaşayırdıq. Mən inanıram ki, muzey Şanlıurfa şəhərində turizmin inkişafına öz töhfəsini verəcək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

