“Los-Anceles Qalaksi” klubunda forma geyinən isveçli hücumçu Zlatan İbrahimoviç karyerasında 500-cü qolunu vurub.
36 yaşlı ulduz komandasının səfərdə “Toronto”ya 3:5 hesabı ilə məğlub olduğu matçda fərqlənib.
O, fantastik zərbə ilə baxımlı qola imza atıb.