İbrahimoviç DÇ-2018-də iştirak edəcək? – FOTO
ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə dünya çempionatında iştirak edəcəyinə eyham vurub.
Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçusu öz “Twitter” hesabında bu barədə qeyd edib:
“Dünya çempionatında oynamaq şansım çox yüksəkdir”.
36 yaşlı futbolçunun İsveç millisində son matçı 2016-cı il Avropa çempionatının Belçikaya qrupda 0:1 uduzduqları oyun olub. Bundan sonra İbrahimoviç milli karyerasını bitirdiyini açıqlayıb.
Onu da bildirək ki, MLS liqası Rusiyada keçiriləcək dünya çempionatı zamanı doqquz gün – iyunun 14-dən 22-dək fasilədə olacaq. İsveç millisi isə mundialdakı qrup matçlarını iyunun 18-də Cənubi Koreya, iyunun 23-də Almaniya və iyunun 27-də Meksika ilə keçirəcək. İyunun 30-da isə “Los Anceles Qalaksi”nin özünün oyunu var.
Bunun ardından Zlatan İbrahimoviç “Eurosport”a açıqlamasında onu heç kimin saxlaya bilməyəcəyini bildirmişdi:
“FIFA məni saxlaya bilməz. Əgər mən orada olmaq istəsəm, orada olacağam”.



